
Ötən gün Amerikada ciddi əks-səda doğuran daha bir bədbəxt hadisə baş verib. Belə ki, Nyu Yorkda qatarın iki avtomobillə toqquşması nəticəsində azı 6 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.
Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə “USA Today” nəşri məlumat yayıb.
Məlumata görə, qəza Nyu York şəhərinin Valqalla adlandırılan rayonunda baş verib.
Məlumata görə, ölənlərdən 5 nəfər qatarın sərnişinləridir. Qəza nəticəsində avtomobildə sükan arxasında olan qadının da öldüyü bildirilir.