
Ukraynanın paytaxtı Kiyevdə yüzlərlə etirazçı Prezident Admistrasiyasının binasına hücum edib.
Teleqraf.com-un məlumatına görə, nümayişçilər Milli Qvardiyanı yararaq Adminstrasiya binasını zəbt ediblər.
Hazırda etirazçıların binadan çıxarılması üçün əlavə təhküləsizlik qüvvələri cəlb olunub. Milli Qavardiyanın əsgərləri ilə nümayişçilər arasında qarşıdurma yaşanıb.
Etirazçılar prezident Pyotr Poroşenko ilə də görüşməyə cəhd göstərirlər.