Cənubi Amerikada bu gün güclü yeraltı təkanlar qeydə alınıb. Argentinanın San-Luis əyalətində 6,2 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com-un Sinxua agentliyinə istinadən məlumatına görə, yeraltı təkanların episentri San-Luis və Mendosa əyalətlərinin sərhədində, ocağı isə 192 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.