İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı verdiyi yazılı açıqlamada Suriyanın Kobani şəhərini tərk etdyini bildirib.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, terrorçular Kobanidə güclü təzyiqlə qarşılaşdıqlarını etiraf ediblər.

Bu arada rəsmilər könüllü kürd qüvvələrinin İŞİD-in nəzarətində olan Tilhecip və Buban kəndlərini azad etdiklərini qeyd ediblər.

Həmçinin yayılan məlumatlarda yerli sakinlərin İŞİD-dən azad edilən 20-ə yaxın kənddə qayıtdıqları açıqlanıb.

Samir