Fransa Prezidenti Emmanuel Makronla fələstinli həmkarı Mahmud Abbas arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, Makron Abbasa lazımi islahatlar aparılacağı təqdirdə Fələstini dövlət kimi tanıyacağına söz verib.

Yelisey Sarayının açıqlamasında Makronun Abbasa Fransanın fələstinlilər və israillilər üçün ortaq bir baxış və təhlükəsizlik zəmanəti yaratmağa bağlılığını ifadə etdiyi bildirilib.

Fransa lideri bundan əvvəl Parisin Fələstini tanımasının tabu olmadığını və onu tanımağa tam hazır olduğunu söyləmişdi.

Makron Fələstinin İsrail və region dövlətlərinin iştirak etdiyi prosesin bir hissəsi kimi faydalı bir zamanda tanınmasını lazım hesab etdiyini vurğulamışdı.