İsrail ordusunun (ÇAXAL) zirehli-tank diviziyasının əsgərləri Rəfah şəhərinin şərqində gedən döyüşlər zamanı 130 fələstinli silahlını zərərsizləşdirib.

Teleqraf.com-un məlumatına görə, bu barədə İsrail ordusu Teleqram kanalında qeyd edib.

Məlumata görə, onlarla yeraltı tunellər aşkar edilib. Briqada silahlıların yüzlərlə infrastrukturunu, o cümlədən silah sexləri və raket buraxılış məntəqələrini məhv edib.

İsrail "Qivat" ​​Briqadası xeyli sayda zenit silahı da daxil olmaqla geniş tunellər şəbəkəsi, eləcə də silah və sursat aşkarlayıb.