Hazırda Rusiyanın Xarkov vilayətini almaq planı yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Xarkova gəlincə, bu gün belə planlar yoxdur”, - prezident bildirib.

Eyni zamanda, Putin Rusiyanın Xarkov istiqamətindəki əməliyyatlarını Ukrayna Silahlı Qüvvələrinin atəşlərinə cavab olaraq, sanitar zonanın yaradılması ilə əlaqələndirib.

Prezident əlavə edib ki, Rusiya ordusu hər gün irəliləyir.