Rusiya Xarkov vilayətində Ukrayna Müdafiə Qüvvələrinə təzyiqlərini davam etdirir. Rus ordusu müəyyən irəliləyiş əldə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "DeepState" məlumat yayıb. Bildirilir ki, rus ordusu bölgədə 6 yaşayış məntəqəsini işğal edib. Bunlar Streleçeya, Pılnoye, Krasnoye, Borisovka, Ogirtsevo və Pletenevkadır.
Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri hesab edirlər ki, ruslar Xarkov vilayətində öz hücumları ilə bir neçə məqsəd güdürlər: Ukrayna qüvvələrini başqa istiqamətlərdən çıxarmaq, artilleriya məsafəsi daxilində Xarkova qədər irəliləmək, Belqorodu qorumaq üçün “bufer zonası” yaratmaq və Ukraynanın bu regionda əks-hücum əməliyyatlarını məhdudlaşdırmaq.