Bolqarıstanın demokratik yolla seçilmiş ilk prezidenti Jelyu Jelev 80 yaşında dünyasını dəyişib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, J.Jelev 1990-cı ildə prezident seçilmişdi.

O, iki dəfə prezident seçkilərində qalib gəlməklə 1997-ci ilədək hakimiyyətdə olub.

J.Jelev "Faşizm" kitabının müəllifi kimi də məşhurlaşıb.