Meksikanın paytaxtı Mexikoda yerləşən doğum evində partlayış baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində 4-ü körpə olmaqla 7 nəfər həyatını itirb. Şahidlər hadisə zamanı 54 nəfərin də yaralandığını bildiriblər. Onlardan 22-si təzə doğulan körpələrdi. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Rəsmilər hadisənin qaz xəttində yaranan nasazlıq səbəbindən baş verdiyini açıqlayıblar.

Teleqraf.com partlayışın görüntülərini təqdim edir:

Samir