Ukraynanın şərqindəki Xarkov vilayətində silsilə partlayışlar baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.
Xarkov meri İqor Terexovun sözlərinə görə, partlayışlar şəhərin özündə baş verib, lakin dəqiq harada göstərilməyib.
Hazırda bölgədə hava hücumu xəbərdarlığı var. Bundan əlavə, Poltava, Sumı və Çerkassı vilayətlərində sirenlər səslənir.