ABŞ bu il F-16 qırıcılarını Ukraynaya göndərəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

"Biz F-16-ların bu il təhvil veriləcəyini proqnozlaşdırırıq", - o bildirib.

Rayder təyyarələrin Ukraynaya çatdırılmasının dəqiq vaxtını bildirməyib.