Türkiyə Mətbuat Şurası iki illik fasilədən sonra erməni, yunan və yəhudilərin çap mediasına maliyyə dəstəyi ayırmağa qərar verib.

Teleqraf.com xəbər verir ki, Mətbuat Şurasının qərarı ilə milli azlıqların çap media qurumlarına 300 min lirə ayrılacaq.

2022-ci ildən etibarən Türkiyə hökuməti maliyyə dəstəyini dayandırmışdı.

Milli azlıqların çap mediasına maliyyə dəstəyi Türkiyənin Lozanna müqaviləsinə əsasən qəbul etdiyi öhdəlikdir.