Çinin şərqindəki Ünsü bölgəsində plastmas istehsalı müəssisəsində partlayış baş verib.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən məlumatına görə, hadisənin səbəbi, ölən və yaralananların sayı barədə hələlik məlumat yoxdur.

Qeyd olunur ki, zavodun işçiləri evakuasiya olunur. Yanğınsöndürənlər partlayışdan sonra başlamış yanğını lokallaşdırmağa çalışırlar.