“ABŞ Rusiya və Çinlə hər cür toqquşmadan qaçmalıdır, çünki belə genişmiqyaslı qarşıdurma ölkəmizin tamamilə məhvinə səbəb ola bilər”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami deyib.

“Rusiya və Çin hərbi ittifaqda olarsa, biz də bu durumda Üçüncü Dünya Müharibəsində iştirak etsək, bu gün gördüyümüz ABŞ-ın varlığına son qoyula bilər. Rusiya və Çinin ciddi hərbi kosmik qüvvələri var. Kosmosda ciddi müdafiə və ya hücum imkanlarımız yoxdur”, - siyasətçi bildirib.

Ramasvami qeyd edib ki, bu gün ABŞ-ın iqtisadi-hərbi gücü zəifdir:

“Ölkəmiz uzun müddətdir həssas durumdadır. Rusiyanın hipersəs raketlərinin qarşısı köhnə hava hücumundan müdafiə sistemləri tərəfindən alına bilməz”.