Kubaya son yarım əsr ərzində ilk dəfə olaraq, ABŞ Konqressinin nümayəndə heyəti rəsmi səfərə gəlib.

Üçgünlük səfər əsnasında Vaşinqton və Havana arasında münasibətlərin normallaşması məsələləri müzakirə ediləcək.

Bu, 1961-ci ildə Vaşinqton və Havana arasında diplomatik münasibətlərin kəsilməsindən sonra Kuba dövlətinə Amerika Konqresi üzvlərinin birinci səfəridir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Deutsche Welle” elektron nəşri məlumat yayıb.

Nail Cəlil