Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Kiyevə səfəri zamanı Ukraynanın müdafiə naziri Rustem Umerov ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, o bu barədə o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O qeyd edib ki, Umerovla görüşdə Avropa İttifaqından (Aİ) Ukraynaya davamlı hərbi yardımla bağlı məsələlər müzakirə olunub.

Borrell həmçinin əlavə edib ki, Aİ Ukraynanın təhlükəsizlik sektorunda yeni uzunmüddətli öhdəliklər götürməyə hazırlaşır.