
Xorvatiyanın hazırkı prezidenti İvo Yosipoviç dünən keçirilən prezident seçkilərinin ikinci turunda məğlub olduğunu etiraf edib.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, İvo Yosipoviç müxalifətdən olan rəqibi Kolinda Qrabar-Kitaroviçi qələbə münasibətilə təbrik edib.
"Əlbəttə, cənab Kolinda qalib gəlib", - Yosipoviç seçki qərargahındakı çıxışında bildirib. Lakin hələlik rəsmi nəticələr açıqlanmayıb.
Xorvatiya Dövlət Seçki Komissiyasının məlumatına görə, seçki məntəqələrinin 91,75 %-dən daxil olan bülletenlərin hesablanmasından sonra Kolinda Qrabar-Kitaroviçin 50,86 %, Yosipoviçin isə 49,32 % səs aldığı məlum olub.
Nihad