Sudanın Port Sudan şəhərinin Beynəlxalq Hava Limanında təyyarənin qəzaya uğraması nəticəsində azı 11 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı hərbi mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, hadisə təyyarə havaya qalxdıqdan sonra texniki nasazlıq səbəbindən baş verib.