
İngiltərədə yayımlanan “Mirror” qəzeti 31 dekabrdan 1 yanvara keçən gecədə hansı ölkənin saat neçəyə qədər ayaq üstə qaldığını hesablayıb və bununla bağlı bir xəritə hazırlayıb. Oyaq qalma saatının mavi və qırmızı tonlarla rəngləndirildiyi xəritədə gecə 12-dən səhər 4-ə qədər ayaq üstə qalma vaxtı dəqiqləşdirilib.
Ölkələr də buna görə siyahıya alınıb. Oyaq qalma müddəti, insanların gün içindəki əyləncələrdə iştirak müddətini müəyyənləşdirmək də çətin olmayıb. Bunun üçün öncədən seçilmiş şəxslərin biləyinə taxılan ağıllı biləkliklərin göstəriciləri qeydə alınıb.
Xəritədə Avstraliya, Çin və ABŞ ən çox yatan ölkə seçilib. Xəritədə bu ölkə maviylə rəngləndirilib. Bundan başqa, saat 1-ə qədər oyaq qalmış ABŞ-a “yatağan ölkə” adı verilib. Qırmızı rənglə göstərilən Avropa ölkələri və Rusiyanın yeni il gecəsi isə əyləncəli keçib. Onlar gecə saat 4-ə qədər oyaq qalıblar. Türkiyə isə gecə saat 2-yə qədər oyaq qalmağı başarıb. Bu səbəbdən də xəritədə Türkiyə bənövşəyi rənglə göstərilib. /musavat.com/