
Maral Əkşənərin rəhbərlik etdiyi İyi Partiyanın Ankarada parlament seçkilərində namizədlərlə bağlı təşkil etdiyi tədbirdə dava düşüb.
Teleqraf.com xəbər verir ki, təkrar səsvermə ilə bağlı müzakirələrdə Ankaradan olan deputat Şenol Sunatla deputatlığa namizəd Adnan Bekerin komandası arasında mübahisə yaşanıb.
Mübahisə əlbəyaxa davaya keçib, tərəflər bir-birinə təpik və yumruq atıb. Partiya rəsmiləri tərəfləri sakitləşməyə çağırsa da, dava tədbir keçirilən zaldan sonra küçədə də davam edib.