Gizli kanallar vasitəsilə ABŞ-la qitələrarası nüvə ballistik raket imkanlarını məhdudlaşdırmağı hədəfləyən Yeni Strateji Silahların Azaldılması Müqaviləsini (START) müzakirə edirik.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

ABŞ-la müxtəlif məsələləri müzakirə etməyə hazır olduqlarını bildirən Ryabkov İsveçrənin Cenevrə şəhərində tərksilah konfransı çərçivəsində ABŞ nümayəndələri ilə görüşmək imkanının olduğunu söyləyib: “Təsdiq edə bilərəm ki, son günlər bağlı kanallar vasitəsilə biz Yeni START Müqaviləsini müzakirə edirik. Bu, danılmaz faktdır. Bu, danışıqların davamı ola bilər”.

Digər tərəfdən, Ryabkov Rusiyanın ABŞ-la START müqaviləsində iştirakını dayandırdığını xatırladıb və bu qərara yenidən baxmağın mümkün olmadığını vurğulayıb.