Yük gəmisinin quruya oturması səbəbindən İstanbul boğazında hərəkət dayandırılıb.

Teleqraf.com xəbər verir ki, MKK-1 adlı 142 metr uzunluğundakı yük daşıyıcısı Ukraynadan İstanbula gedərkən Anadolukavağı yaxınlığındakı Umuryeridə quruya çırpılıb.

Sahil Təhlükəsizliyi Müdirliyinə bağlı xilasetmə qrupları hadisə yerinə yönəldilib.

Boğaziçi də müvəqqəti olaraq gəmilərin hərəkətinə bağlanıb.