Fransanın İrandakı səfiri yanvarın 4-də “Charlie Hebdo” nəşrində islam respublikasının dini hakimiyyətləri haqqında təxribat xarakterli karikaturanın dərci ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Diplomat jurnalın hərəkətlərini alçaldıcı adlandırıb və bununla İranın nüfuzunu, ziyarətgahlarını, dini və milli dəyərlərinin təhqir edildiyini bildirib.

Daha öncə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “Charlie Hebdo”nun “təhqir və ədəbsiz hərəkəti”nin cavabsız qalmayacağını açıqlamışdı.

"Charlie Hebdo" mübahisəli karikaturaları ilə tanınır. Belə ki, 2020-ci ilin oktyabrında jurnal Paris və Ankara arasındakı münasibətlərdə gərginlik fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın karikaturasını üz qabığında dərc edib.

Türkiyənin Ankara prokurorluğu nəşrin əməkdaşlarının həbsə məhkum edilməsini istəyib.