Xarkova raket hücumu nəticəsində təhsil müəssisəsinin üçmərtəbəli binası qismən dağılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
"Gecə düşmən Xarkova raket zərbəsi endirib. Təhsil müəssisəsinin üçmərtəbəli binası qismən dağılıb", - məlumatda deyilir.
Binada yanğın baş verib, onun söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 18 texnikası və 100-dən çox canlı qüvvəsi cəlb olunub.
Xarkovun raket atəşinə tutulması səhər saat üç radələrində baş verib.
Bundan sonra mer bildirib ki, səhər saat dörd radələrində daha bir zərbə olub.