ABŞ-ın Las-Veqas hava limanında iki kiçik təyyarənin toqquşması nəticəsində 4 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, Piper PA-46 tipli və Cessna 172 yüngül mühərrikli iki kiçik təyyarə havada toqquşub.

Qəzadan sonra hadisə yerinə çox sayda ilk yardım qrupu cəlb olunub. Səlahiyyətlilər 4 nəfərin həyatını itirdiyini bildirib.

Hazırda araşdırma aparılır.