Ukrayna Silahlı Qüvvələri Xarkovun bir hissəsini işğaldan azad edib. Ukrayna ordusundan sarsıdıcı zərbə alan rus qoşunları geri çəkiliblər.
Teleqraf.com xəbər verir ki, sözügedən vilayətdə aparılmış xüsusi əməliyyatla bağlı Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Meşəlik ərazilərdə və küçələrdə gedən döyüşlərdə xeyli sayda rus hərbçisi zərərsizləşdirilib. Bəzilərinin isə əsir götürüldüyü bildirilib.
Rusiya qüvvələrinin sığınacaqları, kiçik istehkamları və qərargahlarının darmadağın edildiyi deyilib.
Xatırladaq ki, gün ərzində Xarkov vilayətinin atəşə tutulması nəticəsində 4 mülki şəxs həlak olub.