Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
O, səfərin tarixi barədə məlumat verməyib.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da Sergey Lavrovun İrana səfərinin tarixi ilə bağlı hazırlığın aparıldığını bildirib.