Şanxayın 2.7 milyon əhalisi olan Minxan rayonunda yeni COVID-19 epidemiyası səbəbindən sakinlər karantinə alınıb.

Teleqraf.com xəbər verir ki, iyunun 11-dən rayon qapalı idarəetmə altına alınacaq və bütün sakinlər COVID testindən keçiriləcək.

Götürülmüş test nümunələri yoxlanıldıqdan sonra səlahiyyətlilər karantini ləğv edəcəklər.