
Rusiyanın Xarici İşlər Nazirliyi Sergey Lavrovun təyyarəsi Serbiyaya buraxılmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib.
O, Lavrov üçün Avropa İttifaqının hava məkanının bağlandığını qeyd edib.
“1 saat əvvəl Avropa İttifaqı xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün hava məkanını bağladı. Rusiya nümayəndə heyəti Belqradda görüş keçirməli idi, lakin alınmadı", Zaxarova bildirib.