Yaxın iki həftə ərzində Azərbaycan və Rusiya da daxil olmaqla 9 ölkənin xarici işlər nazirləri Türkiyəyə rəsmi səfər edəcək.
Teleqraf.com xəbər verir ki, Türkiyənin ilk qonağı İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian olacaq. Abdullahiyanın Türkiyəyə ilk rəsmi səfərinin iyunun 6-da baş tutacaq.
İyunun 6-da Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli görüşü olacaq. Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistanın xarici işlər naziri Rəşid Mərədov iştirak edəcək.
Türkiyə iyunun 7-də Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmanini qəbul edəcək. İyunun 8-də Niderlandın xarici işlər naziri Vopke Hukstranın iştirakı ilə Türkiyə-Niderland konfransı keçiriləcək. Bu, 2022-ci ilin yanvarında vəzifəyə başlayan Hukstranın həmkarı Abdullahiyan kimi Türkiyəyə ilk rəsmi səfəri olacaq.
Türkiyə 8 iyunda dünya üçün əhəmiyyətli görüşə ev sahibliyi edəcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qara dənizdə taxıl tankerləri üçün yaradılacaq təhlükəsiz dəhliz məsələsini müzakirə etmək üçün onu müşayiət edən hərbi nümayəndə heyəti ilə Türkiyədə olacaq.
Lavrovun səfərindən sonra Almaniyanın xarici işlər naziri Annalena Berbok da ilk dəfə iyunun 9-da Türkiyəyə rəsmi səfər edəcək.