Rusiya Xarici İşlər Nazirliyi 41 Kanada vətəndaşını “stop siyahısı”na salıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

“Rəsmi Ottavanın mayın 8-də Rusiya Müdafiə Nazirliyinin rəhbərliyinə, hərbi rəhbərlərə və işgüzar dairələrin nümayəndələrinə qarşı elan etdiyi növbəti anti-Rusiya sanksiyalarına cavab olaraq, Kanada vətəndaşları, o cümlədən dövlət başçıları üçün Rusiyaya giriş həmişəlik bağlanıb” - deyə məlumatda bildirilir.

Bildirilir ki, siyahıda qeyri-müəyyən müddətə Rusiya ərazisinə girişi qadağan edilən 41 vətəndaşın adı var.
Bundan əvvəl Rusiya XİN ölkəyə girişi qadağan edilən Kanada vətəndaşlarının siyahısını dərc edib.