Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xarici işlər naziri Sergey Lavrovun Ukrayna ərazisindən taxıl ixracı ilə bağlı Türkiyədə keçiriləcək iclasda iştirakını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Gələn həftə xarici işlər nazirimiz Türkiyədə olacaq, onun orada görüşləri planlaşdırılır. Yüksək səviyyəli telefon danışıqlarının davamı olaraq, Ukrayna taxılı gündəmin əsas mövzusu olacaq”, - Kremlin sözçüsü deyib.