Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Olxovka kəndini rus hərbçilərindən tamamilə azad edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Xarkov qarnizonunun rəisi Sergey Melnik Feysbuk hesabında məlumat verib.
Ukrayna hərbçilərinin yerli sakinlərə humanitar yardım etdiyi bildirilir.
"Xarkov vilayətində daha bir istiqamət düşməndən azad edilib - Olxovka kəndi!", - Melnik yazıb.