Bu gün İrəvanda müxalifət mitinq keçirəcək.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, mitinqdə revanşist erməni müxalifətinin lideri Robert Köçəryanın iştirak edib-etməyəcəyi onun vəziyyətindən asılı olacaq.
“Hraparak” qəzeti bildirir ki, Köçəryan xizək sürərkən xəsarət alıb və bu səbəbdən də aksiyada iştirak etməyəcək.
Xatırladaq ki, mitinqi müxalif “Ermənistan” və “Mənim şərəfim var” blokları təşkil edir. Mitinq baş nazir Nikol Paşinyanın Brüsselə səfəri ərəfəsində baş tutacaq.