ATƏT-in Xüsusi Monitorinq Missiyası Ukraynada fəaliyyətini yekunlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

“Missiyanın bütün beynəlxalq üzvlərinin müvəqqəti təxliyəsi prosesi demək olar ki, başa çatıb. Son qrup - missiyanın rəhbəri və ali rəhbərlik indi Ukraynanı tərk edəcək”, - məlumatda deyilir.

Bundan əvvəl missiyanın bütün beynəlxalq üzvləri artıq getmişdilər.