Rusiya Silahlı Qüvvələri Həştərxan vilayətindəki Kapustin Yar poliqonunda genişmiqyaslı hava hücumundan müdafiə təlimi keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
40-dan çox “düşmən” hədəfinin vurulduğu təlimdə “Tor-M2” və “S-300V4” hava müdafiə sistemlərindən istifadə edilib.
Nazirlik açıqlamasında bildirib ki, buraxılış qurğularından atılan raketlər hədəfləri uğurla vurub.