Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Əfqanıstan ssenarisinin Ukraynada təkrarlana biləcəyini istisna etməyib.

Teleqraf.com xəbər verir ki, o, “İzvestiya” qəzetinə müsahibəsində NATO-ya üz olmaq istəyən Ukrayna hökumətinin Qərb ölkələrinə təmkinlə xidmət etdiyini söyləyib.

“Bəs ABŞ-ın müttəfiqi statusuna malik olmuş devrilən Kabil rejimini xilas etmək mümkün oldumu? Bənzər bir vəziyyət neo-nasistlərin hakimiyyətə gələ biləcəyi Ukraynadakı Amerika tərəfdarlarını da gözləyir”, - Patruşev qeyd edib

Rusiya Təhlükəsizlik Şurasının katibinin iddiasına görə, müəyyən müddətdən sonra Ağ Ev hətta Kiyevdəki tərəfdarlarını tamamilə unuda bilər.