ABŞ ordusunun Əfqanıstandan çıxmağa başladığı indiki mərhələdə ölkədə vəziyyət getdikcə gərginləşir.

Teleqraf.com xəbər verir ki, Əfqanıstanda ABŞ və İngiltərə təşkilatı olan - "Halo Trust"un 10 mina təmizləyən mütəxəssisi öldürülüb, 14-ü isə yaralanıb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Tarix Arian deyib ki, hücumun arxasında Taliban hərəkatına bağlı silahlılar dayanır. Taliban isə bəyan edib ki, bu hücumun onlara aidiyyəti yoxdur.

Yerli televiziya isə hücumun dünən gecə ölkənin şimalındakı Baqhlanda baş verdiyini açıqlayıb.