Rusiyada koronavirusun iki yeni variantının formalaşması qeydə alınıb.

Teleqraf.com-un məlumatına görə, bunu Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi sahəsində Nəzarət Federal Xidmətinin rəhbəri Anna Popova deyib.

Onun sözlərinə görə, ölkə ərazisində virusun Sibir variantı və şimal-qərb variantı müşahidə olunub:

"Bu mutasiyaların heç biri xaricdə qeydə alınan ştammlara bənzəmir".

O bildirib ki, yeni variantlarla əlaqədar zəruri araşdırmalar aparılır.