Misir prezidenti əs-Sisi Sina yarımadasında terror hücumuna görə, xarici qüvvələri ittiham edib. O, bildirib ki, bu aksiya məqsədli şəkildə - Misir xalqının iradəsini sındırmaq üçün həyata keçirilib.
Teleqraf.com-un İTAR TASS-a isitnadən məlumatına görə, Sisi vurğulayıb ki, Misir xalqı və dövləti bu sui-qəsdə, yolverilməz müdaxiləyə qarşıdır və öz mövcudluğu üçün müharibə aparır. Misirin prezidenti baş vermiş silsilə partlayışlara görə, Sina yarımadasında fövqəladə vəziyyət elan edib.
Bununla yanaşı, görülən sərt tədbirlər çərçivəsində Qəzza anklavı ilə sərhəd də tam qapanıb. Xatırladaq ki, ötən gün intiharçı terror hücumları nəticəsində Misir ordusu ciddi itki verib. Silsilə partlayışlar nəticəsində 100-dən artıq hərbçi həlak olub və ya ağır yaralanıb.
Nail Cəlil