Hər fürsətdə ABŞ və Fransanın yardımına möhtac olduğunu hiss etdirən Yunanıstan ABŞ-ın Türkiyəyə qarşı sanksiya qərarı haqqında skandal açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Yunanıstan Xarici İşlər Nazirliyi ABŞ-ın Türkiyənin Rusiyadan “S-400” hava müdafiə sistemləri alması səbəbiylə verdiyi sanksiya qərarından məmnun olduqlarını bildirib.
“NATO üzvü Yunanıstan ABŞ Xəzinə Nazirliyinin Türkiyənin Müdafiə Sənayesi Nazirliyi, bu qurumun rəhbəri və digər rəhbər şəxslərinə qarşı sanksiyanın tətbiq edilməsinə dair açıqlamasını məmnuniyyətlə qarşılayır”, - açıqlamada vurğulanıb.