ABŞ Hərbi Hava Qüvvələrinin iki strateji bombardmançı “B-52H Stratofortress”tipli qırıcısı Ukrayna tərəfdən Krıma yaxınlaşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.

“B-52H” İngiltərənin Qlosterşir şəhərində yerləşən Ferford hərbi hava bazasından qalxıb, daha sonra Ukraynanın hava sahəsinə girib. Bundan sonra Krımla sərhədə yaxınlaşıb.

Rusiyanın hava hücumundan müdafiə sistemlərinin təyyarələrin hərəkətini izlədiyi bildirilib.