Rusiya Prezidenti Vladimir Putin tanınmamış Abxaziyanın silahlı qüvvələrinin modernləşdirilməsinin Rusiya tərəfindən maliyyələşdirilməsinə dair saziş imzalamağı tapşırıb.

Teleqraf.com xəbər verir ki, müvafiq sənəd Rusiyanın hüquq-informasiya saytında dərc edilib.

“Rusiya hökumətinin Rusiya Federasiyası ilə Abxaziya Respublikası arasında Abxaziya Respublikası Silahlı Qüvvələrinin modernləşdirilməsi xərclərinin maliyyələşdirilməsi haqqında saziş imzalamaq təklifi qəbul edilsin”, – deyə sərəncamda deyilir.

Avqust ayında “Zvezda” telekanalı Rusiyanın müdafiə naziri Sergey Şoyqunun abxaz həmkarı Merab Kişmariya ilə əməkdaşlıq məsələlərini müzakirə etdiyini bildirmişdi.