Meksikada iki qrup arasında baş verən silahlı qarşıdurma zamanı10 nəfər öldürülüb.

Teleqraf.com xəbər verir ki, hadisə Meksikanın Guerrero əyalətində baş verib.

Hadisə zamanı daha 2 nəfər yaralanıb. Əraziyə cəlb edilən polis əməkdaşları çoxlu sayda gilizlər və tüfənglər görüb.

Hadisə zamanı yaralanan şəxslər ərazidən uzaqlaşa bilib.

Polis qarşıdurmanın səbəblərini müəyyən edə bilməyib.