ABŞ Prezidenti Donald Trampın seçkiqabağı dövrdə müşaviri olmuş Rocer Stoun Floridada həbs olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında məlumat verilib.

66 yaşlı Stoun yanvarın 25-də Fort-Loderdeyl Kolumbiya dairəsi üzrə Federal Andlılar Məhkəməsi tərəfindən ittiham edildikdən sonra saxlanılıb. Ancaq onun nədə ittiham edildiyi açıqlanmayıb.