Zimbabve prezidenti Emmerson Mnanqaqva ölkəsini etiraz dalğası bürüməsi səbəbindən İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyəcək.

Prezident bu barədə öz "Twitter" səhifəsində yazıb.

"Mən məhsuldar ikitərəfli ticarət – investisiya görüşləri həftəsindən sonra evə qayıdıram. Davosda bizim ölkəni səlahiyyətli şəxs kimi maliyyə naziri Mtuli Nkube təmsil edəcək. Birnömrəli vəzifə ondan ibarətdir ki, dinclik, sabitlik və işqabiliyyətliliyi Zimbabveyə geri dönsün", - deyə o bildirib.

Mnanqaqva beynəlxalq turne çərçivəsində yanvarın 19-da Azərbaycanda səfərdə olub.