
ABŞ donanmasına aid "Boinq P-8a" təyyarəsi Rusiyanın Suriyada yerləşən Hmeymim bazasının yaxınlığında kəşfiyyat uçuşu aparıb.
Axar.az xəbər verir ki, uçuşun təxminən 5 min metr yüksəklikdə aparıldığı bəlli olub.
Qeyd edilir ki, son günlər ABŞ təyyarələrinin Rusiyanın sərhədində uçuşları mütəmadi hal alıb. Xüsusilə, Ukraynanın Krım regionu ilə yanaşı, Rusiyanın Krasnodar və ölkənin qərb sərhədlərində aparılan kəşfiyyat uçuşlarının sayı artıb.