
İraqı qan gölünə çevirmiş “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlı qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi internetdə yayılan yeni səs yazısı ilə cihada çağırıb.
Bu günlərdə adını "İslam Dövləti"nə dəyişdirən və Əl-Bağdadini xəlifə elan edən təşkilat yeni bir açıqlama verib. İnternetdə yayılan səs yazısında Əl-Bağdadi dünyadakı bütün müsəlmanları "İslam Dövləti"nə köç etməyə çağırıb: "İslamın evinə gəlmək fərzdir", - deyə bildirib.
Əl-Bağdadi həm də İŞİD yaraqlılarını bütün dünyada müsəlmanlara qarşı edilən səhvlərin intiqamının almağa çağırıb./anspress/