BAKI, 12 may. TELEQRAF
Mayın 12-də UFC-nin yeni reytinqi açıqlanıb.
Teleqraf xəbər verir ki, siyahəda ciddi geriləmə Rusiya əsilli, hazırda Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Həmzat Çimaevin hesabına düşüb.
O, siyahıda yeddi pillə geriləyib.
Çimaev son döyüşündə amerikalı Şon Striklendə uduzub. O, UFC 328 turnirində hakimlərin bölünmüş qərarı ilə məğlub olub (48-47, 47-48, 47-48).
UFC-nin “pound-for-pound” (çəki kateqoriyasından asılı olmayaraq ən yaxşı döyüşçülər) üzrə TOP-10 reytinqi belədir:
1. İslam Mahaçev (Rusiya)
2. İliya Topuriya (Gürcüstan)
3. Aleks Volkanovski (Avstraliya)
4. Aleks Pereyra (Braziliya)
5. Pyotr Yan (Rusiya)
6. Tom Aspinall (Böyük Britaniya)
7. Merab Dvalişvili (Gürcüstan)
8. Şon Striklend (ABŞ)
9. Coşua Van (ABŞ)
10. Həmzat Çimaev (BƏƏ)